Renatın oynadığı matçda komandası "Qalatasaray"ı məğlub etdi

Türkiyə Super Liqasında 12-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Qalatasaray"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.

Xallarını 17-yə yüksəldən "Hatayspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right