FİFA İcraiyyə Komitəsinin İsveçrənin Sürix şəhərində keçirilən iclasında bütün futbol ictimaiyyətini maraqandıran qərarlar qəbul edilib.
Newsport.az-ın məlumatına görə, ali futbol qurumunun Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiada-2016 və Qətərdə baş tutacaq Dünya Çemionatı-2022 ilə bağlı qərarları olduqca maraqlıdır.
Belə ki, Rio Olimpiadasında klublar futbolçularını millilərin düşərgəsinə buraxmağa məcbur olmayacaq. FİFA-nın rəsmi bəyanatında belə vurğulanıb. Amma eyni zamanda Yozef Blatterin başçısı olduğu qurum klubdalrdan milliyə çağırılan futbolçulara yardım etmələri də xahiş edilib. Yəni təzadlı məsələdir. Qeyd edək ki, turnir gələn il 3-20 avqust aralığında keçiriləcək.
İK-nın daha bir qərarı isə futbol tarixində ilkin əsasını qoyub. Belə ki, 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının qışda keçirilməsinə qərar verilib! Ali futbol qurumu yay vaxtı Qətərdə havanın hərarətini anomal olması səbəbindən bu addımı atıb. FİFA-dan verilən bəyanatda qeyd edilib ki, mundial 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək və cəmi 28 gün davam edəcək. Adətən, 31-32 gün çəkən DÇ-nin müddətinin azaldılması Avropa milli çempionatlarına az təsir göstərmək cəhdi kimi göstərilir. Qeyd edək ki, mundilaın final oyunu dekabrın 18-də, Qətərin müstəqillik günündə oynanılacaq.