"Qarabağ"ın legionerlərinə milli dəvət

"Qarabağ" klubunun futbolçuları Patrik Andrade və Leandro Andrade növbəti dəfə Kabo Verde millisinə dəvət alıblar.

Newsport.az xəbər verir ki, hər iki yarımmüdafiəçi Anqola və Esvatiniyə qarşı DÇ-2026-nın seçmə oyunları üçün yığmaya cəlb ediliblər.

Qeyd edək ki, noyabrın 16-da Anqolanı qəbul edəcək komanda noyabrın 21-də Cənubi Afrika Respublikasında Esvatini ilə üz-üzə gələcək. D qrupunda Kamerun, Liviya və Mavriki milliləri də mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right