"Qalatasaray"la matçda sıradan çıxdı, bir ay oynamayacaq

"Bavariya"nın futbolçusu Camal Musiala sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, gənc futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Qalatasaray"la görüşündə (2:1) dizindən zədələnərək oyunu yarımçıq başa vurmuşdu.

20 yaşlı futbolçunun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Musiala bu mövsüm "Bavariya"nın heyətində 14 matçda meydana çıxıb və 4 qol vurub, 3 məhsuldar ötürmə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right