"Kayrat"ın sabiq baş məşqçisi "Kəpəz"in təklifini niyə geri çevirib?

"Kəpəz" baş məşqçi axtarışları zamanı ölkə xaricindəki mütəxəssislərə müraciət edib. Gəncə klubunun rəhbərliyinin Kaxaber Sxadadzeyə təklif göndərdiyini xəbər vermişdik.

Newsport.az-ın məlumatına görə, Gürcüstan millisinin sabiq baş məşqçisinə müraciət edilib və təklif irəli sürülüb.

Lakin Sxadadze "Kəpəz"in büdcəsini bildikdən sonra dərhal bu təklifdən imtina edib və danışıqlar həmən yarıda kəsilib.

55 yaşlı mütəxəssis "Dinamo"(Tbilisi), "Standard"(Bakı), "İnter"(indiki "Şamaxı"), "Kayrat", "Ordabası", "Kaspi" klubları və Gürcüstan millisini çalışdırıb.

Qeyd edək ki, yayılan məlumatlara görə "Kəpəz"in yeni baş məşqçisi Adil Şükürov olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right