"Beşiktaş"da şok: Hücumçular zədələndi

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itkilər baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçuları Vensan Abubakar və Cenk Tosun sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardlar Avropa Konfrans Liqası qrup mərhələsinin 4-cü turunun "Budo Qlimt"lə matçında (1:2) zədələnib. Hər iki oyunçunun müalicəsinə başlanılıb. Onlar 10 gün yaşıl meydanlardan uzaq qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right