Azərbaycanlı qolkiper İsveç klubu ilə anlaşdı

"Örebro"nun aşağı yaş qruplarından ibarət komandasının üzvü Murad Əbdürrahmanov İsveçdə klubunu dəyişib.

Newsport.az saytına verilən məlumata görə, 17 yaşlı qapıçı "Forvard"la anlaşıb.

O, qarşıdakı bir ili ikinci liqada mübarizə aparan komandanın qapısını qoruyacaq.

Müqavilə ilə "Örebro"ya məxsus olan qolkiper sonra isə adıçəkilən komandaya qayıdacaq.

Həmyerlimiz İsveçin U-18 yığmasına da cəlb edilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right