“Atletiko”nun hücumçusu Antuan Qrizmann Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Seltik”i məğlub etdikdən (6:0) sonra oyun haqda fikirləni bölüşüb.
Newsport.az-ın məlumatına görə, fransalı futbolçu komandanın çox yaxşı futbol nümayiş etdirdiyini bildirib:
“Nəhayət, matça yaxşı başladıq. Rəqibin meydanda 10 nəfərlə qalması bizə çox kömək etdi. Daha çox boş yer qazanmağa başladıq. Komanda çox yaxşı oyun keçirdi. Biz eyni ruhda davam etməliyik”.
Qrizmann 2019-cu ilin yayında “Atletiko”dan “Barselona”ya keçsə də, 2021-ci ilin yayında yenidən paytaxt təmsilçisinə qayıdıb.