"Fənərbaxça"nın forvardı Rusiyaya yollana bilər

Belçika millisinin forvardı Mişi Batşuayi Rusiyaya yollana bilər.

Newsport.az-ın məlumatına görə, təcrübəli hücumçuya "Spartak"dan təklif gəlib.

"Fənərbaxça"da çox da oynamaq şansı tapmayan Mişi Türkiyəni tərk etməyi planlaşdırır.  

Onun İstanbul klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. Forvard bu mövsüm ümumilikdə 13 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right