ÇL: “Qalatasaray” çətin Almaniya səfərində Yenilənir

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin oyunları davam edir. Newsport.az xəbər verir ki, bu gün daha 4 qrupda 8 görüş baş tutacaq.
 
A, B, C və D qruplarında qarşılaşmalar olacaq. Türkiyənin ÇL-dəki yeganə təmsilçisi “Qalatasaray” bu dəfə səfər oyununa çıxacaq. “Cim-bom” Almaniyada “Bavariya”nın qonağı olacaq.
 
Ümumiyyətlə, bu gün 5 komanda - “Bavariya”, “Arsenal”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilərlər.
 
Qeyd edək ki, dünən baş tutan qarşılaşmalardan sonra “Mançester Siti” və “Leypsiq”in növbəti raunda yüksələcəyi dəqiqləşib. 
 
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
8 noyabr
 
 
A qrupu
00:00. “Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
 
B qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya)
00:00. PSV (Niderland) – “Lans” (Fransa)
 
C qrupu
21:45. “Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya)
00:00. “Real” (İspaniya) – “Braqa” (Portuqaliya)
 
D qrupu
21:45. “Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya)
00:00. “Zalsburq” (Avstriya) – “İnter” (İtaliya)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right