Emreli "Dinamo"nun ən yaxşıları arasında

"Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının 14-cü turunun “Varazdin”lə oyununa (1:1) görə ən yüksək qiymətlərdən birini alıb.

Newsport.az-ın məlumatına görə, “Sofascore” portalı Azərbaycan millisinin futbolçusuna 7,4 bal verib.

Bu göstərici həminki matçda iştirak edən Zaqreb klubunun futbolçuları arasında ikincidir.

Xatırladaq ki, Emreli 74-cü dəqiqədə oyuna daxil olub, 94-cü qol vuraraq komandasını məğlubiyyətdən xilas etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right