"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıldı

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Valeri Karpin Kuba ilə yoxlama görüşü üçün ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.

Mütəxəssis ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.

Qeyd edək ki, Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right