"Dinamo"nun baş məşqçisi Mahir Emreli haqda: "Onun üçün çox şey ifadə edəcək"

"Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç azərbaycanlı hücumçu Mahir Emrelinin ölkə çempionatının 14-cü turunun "Varazdin"lə matçda (1:1) vurduğu qolu şərh edib.

Newsport.az xəbər verir ki, Zaqreb klubunun çalışdırıcısı bu matçda komandasını məğlubiyyətdən xilas edən Emreli ilə bağlı bunları deyib:

"Bu qol özünəinam baxımından Emreli üçün çox şey ifadə edəcək. Onu təbrik edirəm. Ümid edirəm ki, davamını gətirəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right