Fellaini klubsuz qaldı

Maruan Fellaini azad agentə çevrilib. Təcrübəli futbolçu “Şandun Tayşan” klubundan ayrılmaqla sərbəst qalıb.

Newsport.az xəbər verir ki, Avropanın bir sıra aparıcı klublarında oynamış belçikalı yarımmüdafiəçi 6 il çıxış etdiyi “Mançester Yunayted”dən ayrıldıqdan sonra Çinə yollanmışdı. 2019-cu ildən Asiya ölkəsində top qovan Mərakeş əsilli futbolçu karyerasını bitirməyə hazırlaşır. 35 yaşlı oyunçu qışda maraqlı təklif almasa, yaşıl meydanlarla vidalaşacaq.

Fellaini hazırda Çində yeni təklif gözləyir. O, MLS və Səudiyyə Ərəbistanı klublarına getməyin də əleyhinə deyil.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right