Messi: "Avropaya geri dönmək haqda düşünmürəm"

"İnter Mayami"nin hücumçusu Lionel Messi Avropaya qayıdıb-qayıtmayacağı ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, "Marca"ya açıqlama verən argentinalı klub karyerasını yenidən bu qitədə davam etdirməyəcəyini bildirib:

"Xeyr, Avropa futboluna qayıtmayacam. Orada görkəmli karyeram olub və arzuladığım hər şeyi qazanmışam. Sonradan ABŞ-a gəlməyə qərar verdim. Avropaya geri dönmək haqda düşünmürəm. Bu il mənə çoxlu təkliflər gəldi. O cümlədən Avropa və Səudiyyə Ərəbistanı klublarından. "İnter Mayami"yə gəlməyə qərar verdim. Bundan da məmnunam".

36 yaşlı futbolçu 2003-2021-ci illərdə “Barselona”, 2021-2023-cü illərdə isə PSJ-də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right