Xavi: "Real"la matçda qələbəyə daha çox layiq idik"

"Barselona"nın baş məşqçisi Xavi "Real Sosyedad" üzərində qazanılan qələbəni (1:0) şərh edib.

Newsport.az xəbər verir ki, "Marca"ya danışan ispaniyalı mütəxəssis bunları deyib:

"Hisslər heyrətamizdir. Çox da yaxşı oynamadıq, çox əziyyət çəkdik, lakin bəzən futbolu izah etmək çətindir. Keçən həftə “Real”la görüşdə qələbəyə daha çox layiq idik, nəinki “Real Sosyedad”la matçda. Oyuna zəif başladıq, amma qiymətli üç xal qazandıq. Bununla belə, biz oyunumuzu təkmilləşdirməliyik. Az şanslar yaratdıq, özümüzü narahat hiss etdik, bu, göz qabağındadır. Bizə heç-heçə kifayət etmirdi. Son 10 dəqiqədə fiziki cəhətdən daha yaxşı hazırlaşmışdıq".

"Barselona" 27 xalla üçüncü pillədədir. "Jirona" isə 31 xalla La Liqaya rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right