Rusiya millisinin sabiq üzvü ilin sonunadək həbsdə qalacaq

Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev narkotiklə bağlı cinayət işi üzrə dekabrın 31-dək həbsdə qalacaq.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Krasnodar məhkəməsi qərar çıxarıb.

42 yaşlı keçmiş müdafiəçi oktyabrın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. Onun üzərindən satmaq məqsədilə 500 qram mefedron aşkarlanıb.

Buqayev ölkəsində “Torpedo”, “Lokomotiv”, “Krasnodar” kimi klublarda çıxış edib. O, 2004-2005-ci illərdə Rusiya yığmasının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right