“Real” Rodriqo Silvanın müqavilə müddətini artır.
Newsport.az-ın məlumatına görə, “kral klubu” braziliyalı ilə razılıq əldə edib.
Belə ki, onun yeni müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
Silvanı transfer etmək istəyən klub “Real”a 1 milyard avro ödəməli olacaq. 22 yaşlı futbolçu 2019-cu ildə “Santos”dan İspaniya nəhənginə keçib.