Fransalı azarkeşlərə görə təxirə salınan "Marsel" - "Lion" oyununun tarixi açıqlanıb

Fransa Liqa 1-in X turundan təxirə salınan "Marsel" - "Lion" oyununun tarixi bəlli olub.

Newsport.az "RMC Sport"a istinadən xəbər verir ki, qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

Qeyd edək ki, oktyabrın 29-da keçirilməli olan görüş "Marsel" azarkeşlərinin "Lion"un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Qonaqların baş məşqçisi Fabio Qrosso üzündən xəsarət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right