"Bavariya"nın müdafiəçisi Matteys De Liqt diz bağlarının zədələnməsi səbəbindən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb
De Liqt Almaniya kubokunun 1/16 finalında "Saarbrüken"lə matçda (1:2) zədələnib.
24 yaşlı futbolçu 2022-ci ilin iyulundan "Bavariya"da çıxış edir. O, bu mövsüm Almaniya klubunda 10 oyuna çıxıb və 1 qol vurub.