"Bavariya"nın idman direktorundan sərt sözlər

"Bavariya"nın idman direktoru Kristof Freund Münhen təmsilçisinin Almaniya kubokunun 2-ci turunda 3-cü liqa klubu "Saarbrüken"ə uduzaraq (1:2) mübarizəni dayandırması haqda danışıb.

Newsport.az xəbər verir ki, o, komandanın bu matçda çox zəif çıxış etdiyini vurğulayıb:

“Bu, sadəcə olaraq qəbuledilməzdir! Komandanın ilk hissədə necə zəif oynadığını başa düşə bilmirəm. Cəsarət, sürət, aqressivlik yox idi. Belə oyunla “Bavariya” heç bir ciddi rəqiblə rəqabət apara bilməyəcək. Böyük bir məyusluq...”

Qeyd edək ki, “Saarbrüken” "Bavariya"ya qalib gəlməklə Almaniya kubokunun 1/8 finalına yüksəlib.

Xatırladaq ki, "Bavariya" Bundesliqanın 9 oyunundan sonra turnir cədvəlində 23 xalla 2-cidir. Siyahıya "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" liderlik edir - 25 xal. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right