Messi karyerasında ən çox sevdiyi qolu açıqladı

"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerasında ən çox sevdiyi qoldan danışıb.

Newsport.az xəbər verir ki, 36 yaşlı forvard Çempionlar Liqasının 2010/11 mövsümünün yarımfinalında, "Barselona"nın heyətində "Real"a (2:0) vurduğu qolu fərqləndirib: 

“Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının finalında, dünya çempionatının finalında vurulan qollardır.  Amma Çempionlar Liqasının yarımfinalında "Santyaqo Bernabeuda "Real"a 2:0 hesabı ilə qalib gəldiyimiz oyunda vurduğum qolu həmişə xatırlayıram".

Qeyd edək ki, 2010/11 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" "Real"ı üstələyərək (2:0), 1:1) finala adlamışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right