Millinin sabiq üzvü narkotik alverinə görə saxlanıldı

Rusiya millisinin sabiq müdafiəçisi Aleksey Buqayev Krasnodarda 0,5 kq mefedronla saxlanılıb.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçuya qarşı xüsusilə külli miqdarda narkotik alverinə görə cinayət işi açılıb.

Mənbənin məlumatına görə, bu, oktyabrın 29-na keçən gecə baş verib. 42 yaşlı eks futbolçu şəxsi axtarışı üçün polis tərəfindən saxlanılıb və onun köynəyinin cibindən bir çanta naməlum toz tapılıb, sonradan bunun narkotik maddə olduğu üzə çıxıb. İdmançı 7 sutka həbs edilib. Amma onu 20 ilə qədər həbs gözləyir.

Buqayev "Torpedo", "Tom", "Lokomotiv", "Ximki" və "Krasnodar"da çıxış edib. O, peşəkar karyerasını 2010-cu ildə 29 yaşında bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right