Rusiyalı futbolçu avtomobil qəzasında dünyasını dəyişdi

Rusiyanın 2-ci liqasında mübarizə aparan “Uralets-TS” komandasının hücumçusu Kirill Koçetov avtomobil qəzası nəticəsinfə vəfat edib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hadisə oktyabrın 12-də olub.  Qəza zamanı avtomobildə 4 futbolçu olub. Onlar xəstəxanaya aparıblar. Digər futbolçuların müalicəsi davam edir.

Koçetov isə 18 gün komada qalıb. Lakin bütün müdaxilələrə və müalicəyə baxmayaraq, Koçetovun həyatını xilas etmək mümkün olmayıb. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right