"Bavariya" 19 yaşlı yarımmüdafiəçi Aleksandar Pavloviçlə peşəkar müqavilə imzalayıb.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisinin yetirməsi ilə sözləşməsi 2027-ci ilin iyul ayına kimi hesablanıb.
Qeyd edək ki, Pavloviç 7 yaşında "Bavariya"nın akademiyasına qəbul olunub və indiyədək klubun aşağı yaş qruplarında çıxış edib. O, Bundesliqanın 9-cu turunda "Darmştadt"la qarşılaşmada (8:0) əsas komandada debüt edib.
A.Pavloviç dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, milliyyətcə serb olsa da, Almaniya vətəndaşıdır.