Xorvatiya mətbuatı: "Mahir nadir hallarda iki matçı yüksək səviyyədə keçirir"

Xorvatiyada "Dinamo"nun azərbaycanlı futbolçusu Mahir Emrelinin hücumda zədəli Bruno Petkoviçi tam əvəzləməyə layiq adam kimi baxmırlar.

Newsport.az xəbər verir ki, Xorvatiya mətbuatında Emreli haqda yazı dərc edilib. "Germanijak" portalı millimizin forvardının qeyri-stabil oynadığını yazıb:

“Dinamo”nun 2:1 hesabı ilə qalib gəldiyi “Lokomotiv”lə matç Sergey Yakiroviçə ən vacib suallardan birinə cavab vermədi: Petkoviçin yoxluğunda Zaqreb komandasında mərkəz hücumçusu kim olmalıdır? Sandro Kulenoviç ilk dəqiqələrdən oynadı və yenə heç nə göstərmədi, tam dişsiz idi. Ondan sonra meydana Mahir Emreli çıxdı, lakin o, yumşaq desək, parlamadı. Azərbaycanlı həmişə ya yaxşı, ya da pis oynayır. O, nadir hallarda ardıcıl iki matçı yüksək səviyyədə keçirir. Bu, "Dinamo"nun ambisiyaları üçün kifayət deyil. Bruno Petkoviç qayıdana qədər Yakiroviç, təbii ki, bu problemi həll edə və qeyd olunan suala cavab tapa bilməyəcək".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right