Derbidə uduzduqdan sonra gecə klubunda əylənməyə getdi

"Mançester Yunayted"in hücumçusu Markus Reşford İngiltərə Premyer Liqasının son turunda “Mançester Siti”yə uduzduqları oyundan (0:3) sonra gecə klubuna gedib,

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Bildirilir ki, “şəhərlilər”lə oyundan bir neçə saat sonra Reşford ailəsi və dostları ilə birlikdə Mançesterin ən yaxşı gecə klubuna baş çəkib. Gecə yarısına qədər əylənən futbolçu növbəti gün məşqə geçikib.

Reşfordun bu hərəkəti uğursuz mövsüm keçirən komandanın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bu mövsüm Reşford bütün turnirlərdə 13 matçda iştirak edib və cəmi 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right