"Beşiktaş"ın futbolçusu 14-cü dəfə zədələndi

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi tiki baş verib.

Newsport.az xəbər verir ki, istanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Qezzal sıradan çıxıb. Əlcəzairli vinger Super Liqanın 10-cu turunun "Qaziantep"lə matçının 20-ci dəqiqəsində zədələnərək meydanı tərk edib. 

Qezzal cari mövsümdə 2-ci, ümumi "Beşiktaş" karyerası ərzində isə 14-cü dəfə zədələnib. 31 yaşlı futbolçu zədə səbəbindən 247 gün komandadan ayrı qalıb. O, bu müddət ərzində 27 oyunu buraxmalı olub.

Qeyd edək ki, "Beşiktaş" Raşid Gezzalı 2020-ci ilin oktyabr ayında "Lester Siti"dən transfer edib. Əlcəzair millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 99 rəsmi matçda 16 qol və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right