Fələstin paylaşımı edən futbolçu ilə bağlı yeni qərar

Almaniyanın "Mainz" komandasının futbolçusu Ənvər Əl-Qazi ilə bağlı yeni qərar verilib.

Newsport.az xəbər verir ki, bu günlərdə Fələstinə dəstək paylaşımı etdiyi üçün heyətdən kənarlaşdırılan 28 yaşlı oyunçu əfv edilib. Klubun yaydığı açıqlamada bildirilib ki, Niderland millisində oynamış Mərakeş əsilli futbolçu etdiyi paylaşıma görə peşmanlıq hissi keçirdiyini və "Mainz" üzərindəki təzyiqlərdən təəssüfləndiyini bildirib.

Ənvər Əl-Qazinin yaxın günlərdə məşqlərə və əsas komandaya qayıdacağı vurğulanıb.

Qeyd edək ki, Əl-Qazi bugünlərdə sosial şəbəkə hesabında İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşım edib. O, paylaşımında Fələstinin azadlığa qovuşacağını yazıb. Daha sonra isə futbolçu paylaşımı silib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right