"Qarabağ"ın rəqibi ağır məğlubiyyətə uğradı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde" Norveç çempionatında növbəti oyuna çıxıb.

Newsport.az xəbər verir ki, onlar 26-cı turun bağlanış matçında "Tromse"ni qəbul ediblər. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Molde"nin qolunu 84-cü dəqiqədə (hesab 4:0 rəqibin xeyrinə olarkən) Kristofer Hauqen vurub. 

Bu oyundan sonra "Molde" 44 xalla 5-ci pillədə qalmaqadır. Lider Bodo/Qlimt"in 61, 2-ci yerdəki "Tromse"nin 54 var. İlk üçlüyü 52 xalla "Brann" tamamlayır.

Xatırladaq ki, "Qarabağ"la "Molde" arasında növbəti qrupun 5-ci turu çərçivəsində noyabrın 30-da Norveçdə qarşılaşacaqlar. Bu komandaların Bakıdakı oyununda Ağdam təmsilçisi qələbə qazanıb (1:0).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right