“Real Madrid”in qapıçısı rekord üçün 4 dəqiqə gözləyə bilmədi

"Real Madrid”in qapıçısı Keylor Navas tarixi rekordun astanasından geri dönüb.

Newsport.az-ın məlumatına görə, Ispaniya Liqa Liqasının V turunda "Atletiko Bilbao” ilə qarşılaşmada ilk 5 turdan sonra qapısında ilk qolu buraxan Navas rekordun bir addımlığından geri dönüb. Belə ki, Navas ilk 5 turdan sonra 427 dəqiqədən sonra qapısında qol görüb. O, bu göstərici ilə "Real Madrid”in əfsanəvi qapıçısı  Migen Angeldən geri qalıb. Belə ki, Migel Angel 1975/76-cı il mövsümünün başlangıcında ilk beş turda qapısını 431 dəqiqə toxunulmaz saxlaya bilmişdi.
Qeyd edək ki, "Real Madrid”də bütün rəsmi matçlarda ən çox qol buraxmamaq rekordu İker Kasilyasa məxsusdur. Hazırda "Portu” formasını geyinən əlcək sahibi 952 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right