DÇ-yə ev sahibliyi etmək istəyirdilər, qərarlarını dəyişdilər

Avstraliya 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə verməmək qərarına gəlib.

Newsport.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının yaydığı məlumatda bildirilir.

“Biz FİFA Dünya Çempionatına ev sahibliyi etmək üçün ərizə təqdim etmək imkanlarını araşdırdıq və bütün amilləri nəzərə alaraq, 2034-cü ildə keçiriləcək yarış üçün bunu etməmək qərarına gəldik”, - deyə qurumun rəsmi saytında yayımlanan açıqmada qeyd edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı daha əvvəl 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün ərizə vermişdi. 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada, 2030-cu ildə isə altı ölkə - Uruqvay, Argentina, Paraqvay, Mərakeş, İspaniya və Portuqaliyada keçiriləcək. 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right