"Fənərbaxça"da növbəti ciddi itki

Türkiyənin "Fənərbaxça" klubunun heyətində növbəti ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Fred sıradan çıxıb.

Braziliyalı millisinin üzvü Super Liqanın 10-cu turunun "Pendikspor"la matçında (5:0) ayaq əzələsindən zədə alıb. 30 yaşlı futbolçu 3 həftə komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbaxça"nın müdafiəçisi Aleksander Cikunun ayaq barmağı sınıb. O da bir müddət yaşıl meydanlardan uzaq qalacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right