İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Denni Drinkuoter peşəkar futbolçu karyerasını başa vurub.
Newsport.az xəbər verir ki, bu barədə o, öz açıqlamasında bildirib. Drinkouter 33 yaşında futbolla vidalaşdığını deyib:
“Peşəkar futboldan ayrıldığımı elan edirəm. Bunu açıqlamağın vaxtı çatıb. Çox uzun müddət idi ki, oynamaq istəyirdim, amma özümü gördüyüm səviyyədə çıxış etmək imkanım olmadı. 6-7 yaşımdan bəri futbol mənim həyatımın mərkəzində idi. İndi vidalaşmağın vaxtıdır".
Qeyd edək ki, Denni karyerası ərzində "Mançester Yunayted", "Lester", "Ridinq", "Çelsi" və digər komandalarda çıxış edib. Drinkouter 2017/18 mövsüündə "Lester"lə Premyer Liqanın qalibi olub. O, İngiltərə millisində 3 oyun keçirib.