“Bellingem asanlıqla 20-25 qol vura bilər” Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın yarımmüdafiəçisi Çud Bellingemin bu mövsüm nümayiş etdirə biləcəyi performansla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, ingilis futbolçunun asanlıqla 20-25 qol vura biləcəyini deyib:

“Bellingem asanlıqla 20-25 qol vura bilər. Onun qolçu olduğunu düşünmürük, amma hazırda çoxlu qollar vurur. Bununla belə, hücumçulardan da eyni şeyi gözləyirik”.

20 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 13 matçda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right