“Beşiktaş”ın hücumçusu xəstəxanaya yerləşdirilib

“Beşiktaş”ın futbolçusu Vensan Abubakar xəstəxanaya yerləşdirilib.

Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

32 yaşlı hücumçunun dünən məşqdən sonra halı pisləşib. Kamerunlu hücumçu bu səbəbdən ötən gecə xəstəxanada qalıb və hazırda onun müalicəsi davam etdirilir.

“Beşiktaş” oktyabrın 30-da Türkiyə Super Liqasının növbəti turunda “Qaziantep”i qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right