“Günahsız qadınlar, uşaqlar, kişilər yalnız fələstinli olduqları üçün öldürülür” “Betis”in futbolçusu

“Betis”in futbolçusu Nabil Fekir İsrail ordusu tərəfindən hücuma məruz qalan Qəzza sakinlərinə dəstək sözlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, günahsız insanların fələstinli olduqlarına görə qətlə yetirildiklərini söyləyib:

“20 gündən çox bombardman! Qırğın hər kəsin gözü qarşısındadır. Günahsız qadınlar, uşaqlar, kişilər yalnız fələstinli olduqları üçün öldürülür. Bu, soyqırımdır. Allah onlara kömək olsun. Bütün dualarımız Qəzza xalqının yanındadır”.

Son saatlarda İsrail Qəzza zolağının şimalında bombardmanlarını gücləndirib.

30 yaşlı futbolçu dizindən zədələndiyi üçün bu mövsüm “Betis”in heyətində heç bir matçda iştirak etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right