“Bellingemə göylər xeyir-dua verib” Xavi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya çempionatında komandaların son oyunundan sonra “Real”ın yarımmüdafiəçisi Çud Bellingem haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, ingilis futbolçunun əla oyunçu olduğunu söyləyib:

“Bellingem əla oyunçudur, amma görünür, ona göylər xeyir-dua verib. Sanki bütün toplar ona gəlir”.

“Barselona” La Liqanın 11-ci turunun matçında “Real”la ( 1:2) qarşılaşıb.

İspaniya çempionatının 11 turundan sonra Kataloniya klubu 24 xal toplayıb və üçüncü pillədə qərarlaşıb. “Real” 28 xal toplayıb və birinci yerdədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right