“Qalatasaray” qalib gəldi, Adanada Şahruddinə ehtiyat duyulmadı

Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu gün daha üç görüş baş tutub.

“Alanyaspor” – “Sivasspor” matçında qonaqlar qalib gəliblər. “Adana Dəmirspor” da evdə “Konyaspor”u böyük hesabla məğlub edib. Adana təmsilçisinin şərəfini qoruyan Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu oyunda sonadək ehtiyatda qalıb.

Çempion “Qalatasaray” isə səfərdə “Rizəspor”dan güclü olub.

Türkiyə Super Liqası
10-cu tur
27 oktyabr

Hatayspor – Kayserispor 1:2
Qollar: R.Dadaşov, 69-pen – B.Bekaroğlu, 33-öz qapısına. Boa Morte, 47.

Kasımpaşa – İstanbulspor 3:1
Qollar: Fall, 32. A.Kara, 56. Nqoy, 72 – E.Gültəkin, 76.

28 oktyabr

Alanyaspor – Sivasspor 1:2
Qollar: F.Aksoy, 66 – Kvet, 90+3. Manay, 90+7.

Adana Dəmirspor – Konyaspor 3:0
Qollar: Nianq, 54; 90+3. Balotetlli, 81.

Rizəspor – Qalatasaray 0:1
Qol: S.Oliveyra, 68.

29 oktyabr

17:00. Fatih Karagümrük – Trabzonspor
20:00. Ankaragücü – Samsunspor
20:00. Antalyaspor – Başakşəhər
20:00. Pendikspor – Fənərbaxça

30 oktyabr

21:00. Beşiktaş – Qaziantep





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right