Tanınmış forvard ABŞ klubundan ayrılacaq

Meksika millisinin sabiq forvardı Xavyer Hernandes müqaviləsi başa çatdıqdan sonra ABŞ-nin "Los Anceles Qalaksi" klubunu tərk edəcək.

Newsport.az-ın məlumatına görə, tanınmış forvard “Fox Sports”a açıqlamasında bu cür danışıb:

"Hansı komandada oynayacağımı yaxın vaxtlarda görəcəyik. Amma əminəm ki, növbəti ildə də oynayacam. Bərpa prosesi çox yaxşı gedir. İki-üç aydan sonra yenidən meydanda olacam".

Meksikalı futbolçu bu yay çarpaz bağından zədələnərək əməliyyat edilmişdi. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü ilin dekabr ayına qədərdir. Onun xidmətində “Monterrey” və “Qvadalaxara” klubları da maraqlıdır. Bu mövsüm Xavyer bütün turnirlərdə 12 oyun keçirib, burada bir qol və bir məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right