"Bavariya"dan 8:0 hesablı qələbə

"Bavariya" Almaniya Bundesliqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisi 9-cu turda "Darmştadt"la qarşılaşıb. Oyunda "Bavariya" rəqibini darmadağın edib - 8:0. 

Bu qələbə sayəsində "Bavariya" xallarının sayını 23-ə (9 oyuna) çatdırıb və liderliyə yüksəlib. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Bayer" 22 xalla 2-ci (8 oyuna), "Ştutqart" 21 xalla 3-cüdür (9 oyuna). "Darmştadt" isə 7 xalla 14-cü pillədədir (9 oyuna). 

"Bavariya" - "Darmştadt" - 8:0

Qollar: Keyn, 51, 69, 88, Sane, 56, 76, Musiala, 60, 76, Müller, 71





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right