Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev indiyə qədər kazinoda uduzduğu pulların miqdarını açıqlayıb. Newsport.az xəbər verir ki, veteran futbolçu məsələ ilə bağlı bunları deyib:
"Kazinoda nə qədər pul itirmişəm? Hardasa, 2,5-3 milyon dollara yaxın pul uduzmuşam. Kiyevdə bir gecədə 110 min dollar itirmişdim. Bu bir asılılıq idi? Bəli. Baxmayaraq ki, mən daha çox slot maşınlarında mərc edirdim. Mənim də qazandığım vaxtlar olub. Ən böyük uduşum hansıdır? Aşağı-yuxarı kazinoda 100-130 min dollar arasında uduşum olub”.
Əliyev 2005-2010 və 2011-2013-cü illərdə “Dinamo”da (Kiyev) çıxış edib. O, "Lokomotiv" və "Anji" klublarının da formasını geyinib.