"Napoli"nin "sehrbaz"ı

"Napoli"nin hücumçusu Viktor Osimhen komanda yoldaşı Xviça Kvaratsxeliya ilə arasında olan münasibətdən söz açıb. Newsport.az xəbər verir ki, nigeriyalı forvard Gürcüstan millisinin üzvünü çox sevdiyini söyləyib:
 
"Onu çox sevirəm. Aramızda əla münasibət var. Xviça çox yaxşı insandır. Komandada ona "sehrbaz" deyirik".
 
Xviça 2023/24 mövsümündə Neapol təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 11 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
 
Son İtaliya çempionu "Napoli" hazırda ölkə çempionatının turnir cədvəlində 17 xalla 4-cü pillədə yer alır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right