“Qarabağ” üzərində qələbə “Bayer”in statstik göstəricilərinin bir qədər də yaxşılaşmasına səbəb olub.
Newsport.az xəbər verir ki, Avropa Liqasının 3-cü turunda 5:1 hesablı qələbəyə sevinən leverkuzenlilər bu mövsüm keçrdiyi 12-ci matçda 11-ci qələbəsini reallaşdırıb. Məğlubiyyətsiz irəliləyən komandanın top fərqi də əladır – 44:9.
Ümumiyyətlə, “Bayer” bu nəticələrə çoxdandır imza atmırdı. Xabi Alonsonun yetirmələri. Çempionlar Liqasının finalına yüksəldikləri 2001/02 mövsümündən bəri ilk dəfə avrokubokda ardıcıl üç qrup matçında qələbə qazanıb.