“Barselona”nın yarımmüdafiəçisi Qavi yenidən İngiltərə klublarının gündəminə gəlib. Newsport.az xəbər verir ki, bu dəfə “Çelsi” gənc oyunçunu transfer etmək fikrinə düşüb.
Doğrudur, Kataloniya təmsilçisi Qavi ilə yolları ayirmaq fikrində deyil. Ancaq Premyer Liqa klubu onları razı salmaq üçün astronomik məbləğ təklif edəcək. Londonlular 19 yaşlı yarımmüdafiəçinin keçidi müqabilində 100 milyon avrodan çox təkliflə qarşı tərəfin qapısını döyəcək.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Qavi 2021-ci ildən əsas komandada çıxış edir.