“Komandamız özünü yaxşı hiss edir” “Barselona”nın futbolçusu

“Barselona”nın müdafiəçisi İniqo Martines UEFA Çempionlar Liqasında “Şaxtyor” üzərində qələbəni (2:1) şərh edib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu komandasının özünü yaxşı hiss etdiyini bildirib:

“Meydana çıxan hər oyunçu əlindən gələni edir. Ötən gün əvvəllər əsas komandada heç oynamayan biri ilk iki toxunuşu ilə qol vurdu. Bəli, Fermin Lopez çox yaxşı idi. Bu oyunlardan necə istifadə edəcəyinizi bilməlisiz. Komandamız indi özünü yaxşı hiss edir”.

“Barselona” yer aldığı qrupda 3 turdan sonra 9 xalla liderdir. “Şaxtyor” isə 3 xalla 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right