Avroliqa: “Qarabağ”ın rəqibləri üz-üzə

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Almaniyanın “Bayer” komandasının qonağı olacaq. 

Təmsilçimizin yer aldığı H qrupunun digər oyununda isə “Molde” (Norveç) “Hakken”i (İsveç) qəbul edəcək.

Turun bir oyunu bu gün baş tutmayacaq. Belə ki, “Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) matçı məlum səbəblərdən təxirə salınıb.

Avropa Liqası
Qrup mərhələsi
26 oktyabr

A qrupu

20:45. “Olimpiakos” (Yunanıstan) – “Vest Hem” (İngiltərə)
20:45. “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya)

Xal: Vest Hem – 6. Frayburq – 3. Olimpiakos – 1. Baçka Topola – 1.

B qrupu

20:45. “Olimpik” (Marsel, Fransa) – AEK (Afina, Yunanıstan)
23:00. “Brayton” (İngiltərə) – “Ayaks” (Niderland)

Xal: AEK – 4. Olimpik – 2. Ayaks – 2. Brayton – 1.

C qrupu

20:45. “Aris” (Limasol, Kipr) – “Betis” (İspaniya)
20:45. “Sparta” (Praqa, Çexiya) – “Reyncers” (Şotlandiya)

Xal: Sparta – 3. Aris – 3. Betis – 3. Reyncers – 3.

D qrupu

20:45. “Şturm” (Avstriya) – “Atalanta” (İtaliya)
20:45. “Rakuv” (Polşa) – “Sportinq” (Portuqaliya)

Xal: Atalanta – 6. Sportinq – 3. Şturm – 3. Rakuv – 0.

E qrupu

23:00. “Yunion” (Belçika) – LASK (Avstriya)
23:00. “Liverpul” (İngiltərə) – “Tuluza” (Fransa)

Xal: Liverpul – 6. Tuluza – 4. Yunion – 1. LASK – 0.

F qrupu

23:00. “Panatinaikos” (Yunanıstan) – “Renn” (Fransa)
“Vilyarreal” (İspaniya) – “Makkabi” (Hayfa, İsrail) matçı təxirə salınıb

Xal: Panatinaikos, 4. Vilyarreal – 3. Renn – 3. Makkabi – 1.

G qrupu

23:00. “Roma” (İtaliya) – “Slaviya” (Praqa, Çexiya)
23:00. “Şerif” (Moldova) – “Servett” (İsveçrə)

Xal: Slaviya – 6. Roma – 6. Servett – 0. Şerif – 0.

H qrupu

20:45. “Molde” (Norveç) – “Hakken” (İsveç)
23:00. “Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

Xal: Bayer – 6. Qarabağ – 6. Molde – 0. Hakken – 0.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right