"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqın köməkçisi Mitçell van der Haaq "Ayaks"ı çalışdıra bilər. Newsport.az xəbər verir ki, onun adı öncədən Niderland təmsilçisini çalışdıra biləcək mütəxəssislər arasında çəkilirdi.
"Ayaks" oktyabrın 23-də baş məşqçisi Moris Ştaynla yolları ayırıb. Buna səbəb komandanın ölkə çempionatında uğursuz çıxışı olub.
Amsterdam klubu Niderland çempionatının turnir cədvəlində 7 oyundan sonra 5 xalla 17-ci yerdədir.