Denverdəki “Pepsi Arena”da MBA-nın yeni mövsümünün ilk matçı keçirilib. Son çempion “Naggets” “Los-Anceles Leykers”i 119:107 hesabı ilə məğlubiyyətə uğradıb.
Görüşün ən məhsuldar oyunçusu, gözlənildiyi kimi, Nikola Yokiç olub. Serbiyalı basketbolççu 29 xal, 13 ribaund və 11 assistlə görüşü tripl-dablla tamamlayıb. Ondan əlavə, kanadalı pleymeyker Camal Mürrey də gözəl oyun nümayiş etdirib.
Lebron Ceymsin aktivində 21 xal var. Qonaqların heyətində 18 xal toplamış Toni Prinsi də qeyd etmək lazımdır.