Dünya kubokunda iştirakçıların sayı artırıldı

Beynəlxalq Reqbi Şurası  növbəti dünya kubokunun formatını təsdiq edib. 2027-ci ildə keçiriləcək çempionatda 20 deyil, 24 komanda iştirak edəcək. Beləliklə, qrupların sayı artırılacaq.

Hazırda Fransada keçirilən dünya kubokunda hərəsində 5 komanda olmaqla 4 qrup var idi. Qarşıdakı mundialda isə 4 komandalı 6 qrup olacaq.

2027-ci ildə dünya kubokuna Avstraliya ev sahibliyi edəcək. Məlumata görə, turnirin müddəti 7 həftədən 6-ya endiriləcək.

Bundan başqa, şura Sakit okeanı Millətlər Kubokunun heyətini artırıb. Bundan sonra hər il təşkil ediləcək turnirdə Samoa, Fici, ABŞ, Yaponiya, Tonqa və Kanada iştirak edəcək. Final oyunları növbəlilik prinsipi ilə ABŞ və Yaponiayada keçiriləcək.

Xatırladaq ki, hazırkı dünya kubokunun finalında şənbə günü Yeni Zelandiya ilə CAR komandaları üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right